İranda İlaxır çərşənbə adətlərinin icrası nəticəsində 17 nəfər ölüb, 1000-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, minlərlə insan xəsarət alıb: 92 nəfər ətraf orqanlarını itirib, 470 nəfər gözündən yaralanıb, 540 nəfər yanıb.
İlkin araşdırmaya əsasən, hadisələrə səbəb fişəng və başqa pirotexnikaların partlaması göstərilib.