“NATO-ya daxil ola bilmərik. Biz bunu etiraf etməliyik”.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib.
“Ukrayna NATO müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək niyyətində deyil. Mən şadam ki, xalqımız bunu başa düşür. İnsanlarımız bizə kömək edən tərəfdaşlarımıza arxalanırlar. İllərdir ki, biz “açıq qapı”lar haqqında eşidirik. Lakin biz həm də eşitmişik ki, ora daxil ola bilmərik. Bu, həqiqətdir, biz bunu etiraf etməliyik”, – deyə Ukrayna prezidenti bildirib.