Sosial şəbəkələrdə aktiv və real hesabların sayı ilə yanaşı, saxta profillərin də sayında xeyli artım var. Bu hesablarda şəxsin kimliyi dəqiq göstərilmədiyi üçün bunlardan adətən kimlərinsə əleyhinə fikirlər səsləndirmək, rəylər yazmaq və ya hədə-qorxu gəlmək üçün istidafə edilir.
İT mütəxəssisi Səkinə İlqarqızı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, saxta profillərlə bağlı məsələ qlobal problemə çevrilib.
Lakin son vaxtlar bu cür saxta profillərlə mübarizə aparılır və artıq belə hesabların açılması, yaradılması çox çətinləşib:
“Əvvəllər sosial şəbəkələrdə hesab yaratmaq üçün telefon nömrəsi, gmail adresi tələb olunmurdu. Bu şəxsləri aşkar etmək lazım gəldikdə isə çətinliklər yaranırdı. İndi isə bu halların qarşısı alınmaqdadır. Belə ki, girdiyimiz bütün sosial şəbəkələr, girilən cihaza qədər hesablayır və “server”ə təqdim olunur. Bununla bərabər biz qeydiyyatdan keçən zaman nömrə, gmail və yaxud yandex tələb edilir. Hətta təhlükəsizlik məqsədi ilə yeni alınmış və ya uzun zamandır işlədilməyən nömrə, gmail və real olmayan, şüphəli hesab edilən birşey görüldükdə də profilin yaradılmasına əngəl yaradılır. Bu profil yaransa belə, tez bir zamanda silinir. Bununla da qısa zamanda saxta profillərin qarşısı xeyli alınıb”.
İT mütəxəssisin sözlərinə görə, çox öncədən yaradılmış saxta profillər üzərində də işlər başladılıb: “Uzun zaman aktiv olmayan, həftədə-ayda bir dəfə daxil olunnan profillər artıq silinməyə, blok olunmağa başlanıb”.
Leyla
Medianews.az