Ukrayna xalqının rus işğalçılarına qarşı qəhrəmancasına müqavimətinin 20-ci günü davam edir. Martın 15-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri və digər müdafiə qüvvələri 13 500-dən çox rus işğalçısını məhv edib.
Publika.az xəbər evrir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yenilənmiş məlumatında deyilir.
“Rusiya ordusuna məxsus 81 təyyarə, 95 helikopter, 404 tank, 1279 zirehli döyüş maşını, 150 artilleriya qurğusu, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq çəni, 3 gəmi və kater, 640 avtomobil texnikası, 36 hava hücumundan müdafiə sistemi məhv edilib” – məlumatda vurğulanıb.