Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna tərəfi ilə davam edən danışıqların məqsədini açıqlayıb.
O, bu barədə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Danışıqlar Ukraynanın neytral hərbi statusunu müəyyənləşdirmək üçündür”, – o bildirib.
Eyni zamanda Lavrov qeyd edib ki, Rusiya Ukraynada bioloji laboratoriyalar məsələsinə Bakterioloji (Bioloji) və toksin silahların işlənməsinin, istehsalı və ehtiyatının qadağan edilməsi və onların məhv edilməsi (BTWC) haqqında Konvensiya çərçivəsində baxılmasını tələb edir.
“Biz bu vəziyyətdə, ilk növbədə Bioloji və zəhərli silahların qadağan edilməsi haqqında Konvensiyaya üzv olan bütün ölkələr üçün olan öhdəliklər kontekstində bu problemə baxılmasını tələb edəcəyik. İkincisi, biz ikiqat, üçqat enerji ilə çalışacağıq ki, amerikalılar bizim 20 il əvvəl bu konvensiya çərçivəsində xüsusi yoxlama mexanizminin yaradılması zərurəti ilə bağlı təklifimizi əngəlləməkdən əl çəksin”, – Lavrov əlavə edib.