Rusiyanın Ukraynaya hücumu davam edir. Bir çox dövlərlər isə Rusiyaya daha sərt sanksiyalar tətbiq edir, Rusiya əleyhinə kompaniyalar aparır və bu müharibəyə son qoyulmasını tələb edirlər.
Azərbaycanda da Rusiyaya etiraz kompaniyalarına start verilib. Belə ki, sosial şəbəkə istifadəçiləri Bakıda “Moskva” adını daşıyan prospektin başqa adla əvəzlənməsinə səsləyirlər və bunun üçün imza toplama kampaniyaları aparırlar.
Gənc fəal İlkin Rüstəmzadə bu barədə öz facebook hesabında paylaşım edərək bildirib ki, Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Moskva prospektinin adının dəyişdirilərək Mariupol prospekti adlandırılması tələbilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib.
“Ukraynaya dəstək platformasındakı dostlarımızın möhtəşəm təklifi var! Sizi də bu müraciəti paylaşmağa və qoşulmağa çağırıram! Günlərdir, mühasirədə olan 400 mindən artıq insanın yaşadığı Mariopol şəhəri gecə-gündüz bombardman edilir. Artıq 2000 nəfərdən çox insan həlak olub.
Bu insanların ölümünə səbəb olan fərman Moskva şəhərində imzalanıb. Ukraynalılar kimi rus işğalını yaşamış Azərbaycanın paytaxtında Moskvanın adını daşıyan prospekt olmamalıdır.
Bu təklifi dəstəkləyən hər kəs müraciətə qoşula bilər”,-deyə paylaşımda bildirilir.
Bu təklifi dəstəkləyənlərlə bərabər əleyhinə çıxanlar, hətta bunun heç bir məntiqə sığmayan addım olduğunu bildirənlərin də var.
Leyla