Bayram günlərində məktəblilər də tətilə çıxır. Valideynləri isə bir sual maraqlandırır: “Uşaqları tətil günlərində hara aparaq?”. Hələ bayrama bir neçə gün qalmışdan, sosial şəbəkələrdəki valideyn qruplarında valideynlər, xüsusən də analar bir-birlərini sual atəşinə tuturlar. “Bu bayram uşaqları hara aparacaqsınız?”, “getdiyiniz məkanda uşağınız əylənə bildimi?”, “qiymətlər necə idi?” kimi sualların ardı-arası kəsilmir.
Medianews.az həmin valideynləri və bu sualları nəzərə alaraq, sizi şəhərimizin bəzi mədəniyyət müəssisələrinin bayram proqramı ilə tanış edir.
Bayram günlərində Bakı Konqres Mərkəzinə “Baharın ad günü”
adlı uşaqlar və böyüklər üçün interaktiv meqa-şou keçiriləcək. Buraya 18 yaşdan yuxarı şəxslər COVID-19 vaksin sertifikatı, COVİD-19 immunitet sertifikatı və ya COVID-19 əks-göstəriş sertifikatı təqdim etməklə şouya giriş edə bilərlər.
Bietlərin qiyməti yerlərdən asılı olaraq 6 – 36 manat arasında dəyişir. 3 yaşınadək uşaqlara valideyn müşayəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.
Novruz bayramı münasibəti ilə Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı tamaşa təqdim ediləcək. Teatrdan Medianews.az-a verilən məlumata görə balacalar üçün ərməğan olan tamaşa Emil Əskərovun eyniadlı əsəri əsasındaq hazırlanır. Rejissoru da Emil Əskərov özüdür. Tamaşada teatrın gənc və istedadlı aktyorları iştirak edəcək. Səhnə əsərinin nümayişi martın 18-dən nəzərdə tutulur.
Qeyd edək ki, biletin qiyməti 8 manatdır.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbut xidmətindən bizə verilən məlumata görə, bayram günlərində teatrın repertuar tamaşaları nümayiş olunacaq. Bundan əlavə martın 21-də Novruz bayramı adət-ənənələrinin təbliği məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda keçirilən “Plov” festivalında teatrın yaradıcı heyəti tamaşalardan kiçik səhnəciklər nümayiş etdirəcəklər.
Qeyd edək ki, teatrın repertuarında olan uşaq tamaşalarının qiyməti 3 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından aldığımız məlumata görə bayram günlərində də teatrın repertuarında olan tamaşalar nümayiş olunacaq. Belə ki, teatrın repertuarında həm uşaqlar, həm də böyüklər üçün tamaşalar mövcuddur. Rəngarəng repertuara malik olan tamaşalarda müxtəlif yaş təbəqələri də nəzərə alınıb.
Biletlərin qiyməti uşaq tamaşalarında 6 manat, böyük tamaşalarında isə 6- 10 manat arasında dəyişir.
Bakı Uşaq və Gənclər Teatrı yerləşdikləri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına mədəniyyət evində uşaqlar üçün tamaşa nümayiş etdirəcək. Belə ki, martın 18-də 3 seans bayram tamaşası göstərərək uşaqları əyləndirməyə çalışacaqlar. Teatrın direktoru, əməkdar artist İntiqam Soltan tərəfindən hazırlanan “Keçəlin kələyi” tamaşası saat 12:00, 14:00, 16:00- da nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, martın 19-u saat 12:00, martın 20- 21 saat 12:00, 14:00 da tamaşa nümayiş olunacaq.
Biletlərin qiyməti 5- 7 manat arasında dəyişir.
Şuşa Dövlət Musiqili Dram Teartında martın 18-19-da iki seans saat 11:00, 13:00- da nəzərədə tutulub. Tamaşadan öncə foyedə keçəllə kosanın uşaqlarla oyunu nəzərədə tutulub. Daha sonra tamaşa səhnədə “Göyçək Fatma” nağılı ilə sonlanacaq.
Biletlərin qiyməti isə 6 manatdır.
Xəyalə Rəis
Medianews.az