“Ermənistanın bütün ümidi Rusiyaya idi. İndi isə Ermənistan narahatlıq keçirir ki, görəsən Rusiya gücünü itirərsə biz nə edəcəyik? Belə olduğu təqdirdə Ermənistan Qafqazda tək qalacağını düşünür. Bu düşüncələr Ermənistanı daha da aqressiv edir”.
Bu sözləri Medianews.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahının sabiq idarə rəisi, polkovnik Ünal Atabay bildirib.
Ermənistan hər zaman beynəxlalq dəstəyə arxalanıb. Onlar arxasında bir ölkənin durmasını sevirlər. Necə ki, əvvəllər Qərbi, Fransanı arxasına alıb hərəkət edirdilərsə, son zamanlar da Rusiyanı arxasında görmək istəyi baş qaldırmışdı. Rusiyanın Ukrayna ilə müharibəsində beynəxlaq arenada nüfuzuna xələl gəlməsi, ölkənin çətin vəziyyətə düşməsi, beynəxlalq gücünü itirməsi Ermənistanı narahat edir. Nəticədə Ermənistan müharibədən çıxmış bir dövlətdir, 2 il öncə Azərbaycanla müharibədə məğlub olub. Ermənistanın bütün ümidi Rusiyaya idi. İndi isə onlar narahatlıq keçirir ki, görəsən, Rusiya gücünü itirərsə, biz nə edəcəyik? Belə olduğu təqdirdə Ermənistan Qafqazda tək qalacağını düşünür. Bu düşüncələr Ermənistanı daha da aqressiv edir. Hazırda ən çox Ermənistan narahatdır. Ancaq onlar bunu bilmir ki, Azərbaycan da, Türkiyə də hər zaman sülh tərəfdarı olub. Təəssüf ki, Ermənistan bunu bimədiyi üçün hazırda panik vəziyyətdədir. Onların bu vəziyyəti də başadüşüləndir”.
Xəyalə Rəis
Medianews.az