“Ukraynada xüsusi əməliyyatlar başlayandan bu yana Müdafiə Nazirliyinə göstəriş verilib ki, Kiyev də daxil olmaqla, Ukraynanın iri yaşayış məntəqələrini dərhal tutmaq taktikasından çəkinilsin”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Dimitri Peskov bildirib ki, Kreml Ukraynada xüsusi əməliyyatların nə vaxt bitəcəyi ilə bağlı hər hansı bir fikrə də sahib deyil: “Üstəlik, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun əməliyyatlar gedən bölgələrə səfəri haqqında fikirlər yayılıb. Bu haqda da bizdə hər hansı məlumat yoxdur. Bundan başqa “Meta” brendlərinin Rusiyaya qayıtması hələ ki, çətin mümkün olsun. Buna baxmayaraq, şirkət atdığı addımın səhv olmasını başa düşüb”.