Rusiyanın Ukraynaya hücumundan sonra dünya ölkələri, şirkətlər və s. Rusiyaya qarşı sanksiyaları davam etdirir.
Bununla yanaşı bir çox ölkələrin yerli vətəndaşları rus dilindən imtina ilə bağlı paylaşımlar edir, video müraciətlər yayırlar.
Bu hal Azərbaycana necə təsir göstərəcək? Rus bölmələrinə və rus dilinə olan maraq azala bilərmi?
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Medianews.az saytının suallarını cavablandıran zaman bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra dünya dövlətlərinin Rusiyaya qarşı mövqeyi dəyişib.
Amma düşünürəm ki, Azərbaycan bu müstəvidə çox doğru bir yol tutub:
“Bu yol ondan ibarətdir ki, o, bu münaqişədə kiminsə yanında olmaqla deyil, münaqişənin həllində tərəf olaraq iştirak edir.
Bu münaqişənin Azərbaycanda rus dilində təhsilə olan marağın ölməsinə gətirib çıxaracağı düşünmürəm.
Təbii ki, Azərbaycan üçün hər iki dövlət əməkdaşlıq baxımından maraqlıdır. Xeyli sayda azərbaycanlı tələbələr həm Rusiyada, həm də Ukraynada oxuyur. Hər iki dövlətlə digər sahələrdə olduğu kimi təhsil sahəsində də sıx əlaqələrimiz mövcuddur”.
Leyla
Medianews.az