İraqda TikTok ulduzu Eman Sami Maghdid açıq-saçıq geyindiyi üçün küçənin ortasında qardaşı tərəfindən güllələnib.
Medianews.az xəbər verir ki, hadisə Ərbil şəhərində baş verib.
Mari və ya Mariya kimi tanınan və 47 min izləyicisi olan Emanın namus cinayətinin qurbanı olduğu təxmin edilir.Polis Marianın adı açıqlanmayan qardaşının Ərbildə yolun ortasında gənc qızı 9 dəfə atəş açaraq öldürdüyünü bildirib.
Qətldən sonra polis Emanın qardaşını gizlənməyə çalışarkən saxlayıb. Həmçinin saxlanılma zamanı məlum olub ki, bacısını qətlə yetirən qardaş nəşi də gizlətməyə çalışıb.
20 yaşlı Eman mahnıları, açıq-saçıq fotoları, TikTok hesabında paylaşdığı videolar və taxdığı xaç ilə tanınırdı. Eman xristianlığı qəbul etməsə də, dəb üçün xaç taxırdı.
Eman avqust ayında yazdığı bir yazıda “İnanıram ki, insanlar həmişə başqalarının əlindən əziyyət çəkəcəklər” – deyə qeyd edib.
Turan Oruc
Medianews.az