Şəmkirdə yanğın hadisəsi olub.
Medianews.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Rayonun Yuxarı Seyfəli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;