Rusiyanın Ukraynaya hücumundan sonra bölgəyə minlərlə çeçen döyüşçüsü göndərən Ramzan Kadırovun əsgərlərinin rus casusları tərəfindən xəyanətə uğradığı iddia edilib.
Medianews.az xəbər verir ki, iddialara görə, rus casusları ukraynalılara çeçen qoşunlarının harada olduğunu bildiriblər.
Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Aleksey Arestoviç də Putinə sadiq çeçen qoşunlarının döyüş bölgəsində rus casusları tərəfindən xəyanət edildiyini açıqlayıb.
Arestoviç iddia edib ki, Çeçenistan lideri Ramzan Kadırovun qoşunlarının yeri barədə məlumatı Ukrayna qüvvələrinə rus casusları ötürüb. Televiziya proqramında mövzu ilə bağlı açıqlama verən Aleksey Arestoviç, bu xəyanətin səbəbini də açıqlayıb. O bildirib ki, çeçen əsgərlərinin Rusiyada nüfuzu yüksək olduğu üçün belə bir addım atılıb. Arestoviç qeyd edib ki, Rus casusları onların nüfuzunu zəiflətmək üçün belə bir addım atıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmilərinin ukraynalılara məlumat ötürdükləri ilə bağlı iddialarından sonra sızdırılan məlumatlar araasında çeçen qoşunlarının hər an Rusiya ordusu ilə toqquşmalara girəcəyi və ya Ukrayna ordusuna qatılacağı da bildirilir.
Turan Oruc
Medianews.az