Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim şimal-şərqdən şəhərin atəşə tutulması barədə məlumat verib.
Bu barədə o, “Telegram” kanalında bildirib.
Kim atəşin şimal-şərq tərəfdən aparıldığını qeyd edib.
“Biz onları məğlub etməyə çalışırıq. Bəziləri qaçır, bəziləri gizlənməyə çalışır”, – administrasiya rəhbəri vurğulayıb.