Bu gün Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. Lakin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba onun sözlərini təkzib edib.
“Danışıqlarda heç bir irəliləyiş olmayıb. Ona görə də prezident Putinin hansı tərəqqidən danışdığını anlamaq mənim üçün çətindir”, – Kuleba bildirib.
Nazirin sözlərinə görə, bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yüksək səviyyəli danışıqlar da heç bir nəticə verməyib.