UEFA Avropa Liqasında “Kamp Nou”da “Barselona” ilə qarşılaşan “Qalatasaray” çətin matçdan 0:0 hesablı heç-heçə ilə ayrılaraq tur ümidini İstanbula daşıdı.
Oyundan sonra katalon klubunun baş məşqçisi Xavi fikirlərini bildirib. O, bunları söyləyib:
“Qalatasaray israrlı və aqressiv idi. Məsələn, İnaki çox yaxşı oynadı, əla iş gördü. Bir çox vəziyyətlərlə qarşılaşdıq və bir az ağır idik. İkinci hissədə qalib gəlməyə layiq idik. Hesab ən azı 1:0 olmalı idi. Müdafiədə də mübarizə apardıq. Narahat olmağa ehtiyac yoxdur, əksinə, ümidimiz var. Necə ki, “Napoli” ilə oyunda olduğu kimi. Biz “Qalatasaray”dan qat-qat üstün idik. Nəticə bizim üçün haqsız idi, amma davam etməliyik. Hazırda ruhdan düşə bilmərik. Avropada qalib gəlmək daha çətindir. Burada hamı mübarizə aparır”.