“Böhranın münaqişəyə çevrilməsinə görə təəssüflənirik. Bu, ən çox bizi məyus etdi. Qonşu ölkənin ərazisinin işğalına göz yuma bilmərik və bunu rədd edirik”.
BAKU.WS xəbər verir ki, bu barədə ölkə başçısı Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
O əlavə edib ki, Ukrayna da, Rusiya da Türkiyə üçün dost ölkədir:
“Əgər 2014-cü ildə Krımın işğalına səs çıxarsaydılar, bu gün bu mənzərə ilə qarşılaşardıq?! Ukraynaya lazımi dəstəyi vermədilər. Ukraynanı haqlı mübarizəsində tək qoydular və biz indi bunun acı nəticələri ilə qarşı-qarşıyayıq”.