Türkiyənin mədəniyyət və turizm naziri Mehmet NuriƏrsoy “Türk dünyasının mədəniyyət paytaxtı” elanedilən Bursanın bu il bir çox mühüm tədbirlərə evsahibliyi edəcəyini bildirib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Bursanın “Türk Dünyasının MədəniyyətPaytaxtı” elan edilməsi münasibəti ilə keçiriləntoplantıda çıxış edən Ərsoy bu il Bursada böyüktədbirlərin, eyni zamanda Dünya Film Festivalının da keçiriləcəyini qeyd edib.
Bursanın coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyatşəbəkəsinin də şəhərə gələn turistlərin sayınınartmasına kömək edəcəyini vurğulayan Ərsoy “TürkDünyasının Mədəniyyət Paytaxtı” statusundan sözaçaraq, bunun yüksək və məsuliyyətli bir status olduğunu, düzgün istifadə olunacağı təqdirdə şəhərəhalisinə böyük imkanların qapısını açacağını ifadəedib..
Nazir 2012-ci ildən bu yana Astana, Əskişəhər, Kazan, Mərv, Türküstan, Oş və Xivə şəhərlərinin TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adına layiq görüldüyünü xatırladıb.
Medianews.az