Belarus hökuməti Rusiya raketlərinin ölkənin dəmir yolu ilə daşınmasına icazə verib.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, müvafiq nişanı olmayan yarıaçıq vaqonlarda xüsusilə “Toçka-U” raketlərinin əsas hissələri, “Qrad”, “Smerç” sistemləri, “İskəndər”lər üçün kvaziballistik və qanadlı raketlər və s. daşınır.