Rusiya böhrandan sağlam şüuru ilə çıxacaq. Rusiyanın Qərblə əməkdaşlıq haqqında heç bir illüziyası olmayacaq.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Ukraynanın neytral olmasını, təhlükəsizliyinin təminatlarını müzakirə etməyə hazır olmasını istəyir:
“Rusiya NATO-nun alyansın genişləndirilməsi məsələlərində Moskvanın maraqlarını nəzərə almaqdan imtinasını qəbuledilməz hesab edir”.
Diplomat vurğulayıb ki, Rusiya öz iqtisadiyyatının qayğısına qalacaq: “Rusiya Federasiyasının iqtisadiyyatının vəziyyətinə gəlincə, bunu biz özümüz həll edəcəyik, prezident bunu edir, hökumətimiz bunu edir”.