Ukrayna Silahlı Qüvvələri Çerniqov istiqamətində “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin diviziyasını məhv edib.
Bu barədə Ukrayna Ordusunun “Şimal” əməliyyat komandanlığından məlumat verilib.
“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri mülki əhaliyə atəş açan “İsgəndər-M” diviziyasını məhv edib” – məlumatda deyilir.