“Bizimləsən” verilişin həyat yoldaşı ilə barışmaq üçün müraciət edən Əvəz adlı şəxsin hərəkəti tənqid edilib.
Axşam.az xəbər verir ki, Əvəz efirdə diz çökərək həyat yoldaşı Sənubərdən və qayınanasından üzr istəyib, barışmaq üçün yalvarıb.
Onun “Əsas qayınanamdan üzr istəyirəm… Sənubər, səni sevirəm. Gözüm burada səni axtarır, yoxsan. Bu gülü sənin üçün almışam, bizim birləşməyimiz üçündür, tarixə düşək” sözləri ələ salınıb.
Aparıcı Zaur Baxşəliyev “Bilmirəm hansı tarixə düşəcəksən, amma TikTok-a düşəcəksən” deyə, ona cavab verib.
Proqramda yer alan ekspertlər onun diz çökməsini tənqid ediblər. Onlar kişinin jestini ona yaraşdırmayıblar.