Lutskın müdafiəsi uğrunda mübarizəyə qoşulan məşhur ukraynalı futbolçu Artem Fedetski rus işğalçılarını necə qarşılayacaqlarından danışıb.
Qaynarinfo xəbər verir ki, rusiyalı işğalçıların Qərbi Ukraynada peyda olacağı təqdirdə Fedetski hansı addımları atacaqlarına dair münasibətini bildirib:
“Mənim də harasa getmək imkanım var idi, amma bunu həyatımda heç vaxt etməzdim. Çünki o cür tərbiyə olunmamışam. Bu ölkədə mən özüm kimi oldum. Ona görə də sona qədər burada dayanmağa hazıram. Torpağımızı müdafiə etməyə hazırıq.
Atmaq lazımdırsa, vuracağıq. Moskvalılar buradan keçsələr, Qərbi Ukraynanın partizanlığının nə olduğunu hiss edəcəklər. Orada uşaqlar onları yandırır, biz də burada donuz kimi kəsəcəyik. Belə də olacaq”.