Səbail Rayon Polis İdarəsində yeni təyinat olub.
Medianews.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Mərdan Məmmədov Səbail Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Medianews.az