Moskvada 30 avtomobilin iştirakı ilə kütləvi qəza baş verib.
İnsident Kiyev şossesinin 116-118 km-lik hissəsində, Moskva istiqamətində qeydə alınıb.
Hadisə nəticəsində səkkiz yaşlı bir uşağın xəsarət aldığı bildirilib. Azyaşlı Obninsk xəstəxanasına yerləşdirilib.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır.