Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub. Belə ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Bu hadisənin baş verməsi hamıda təəccüb yaradıb və “müharibədən bu qədər vaxt keçməsinə baxmayaraq, həmin kasetli bombanın indiyə qədər niyə aşkar edilməyib?” sualı yaranıb.
Məsələ ilə bağlı Medianews.az saytına açıqlama verən hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib ki, müharibə vaxtı hərbi hava qüvvələrindən müdafiə kompleksi mütləq şəkildə həmin bombanı zərərsizləşdirməli idi.
“Nəyə görə zəzrsizləşdirməyiblər? Bunu artıq hərbi prokurorluq araşdırmalıdır. Amma təssüflər olsun ki, Hərbi Prokurorluq ümumiyyətlə Müdafiə Nazirliyinin işlərinə qarışmır.
İkincisi isə radarlar görməli idi ki, bomba hara düşüb və bu barədə müəyyən struktorlara məlumatlar verilməli idi.
Bu hadisənin baş verməsi Yevlax rayon rəhbərliyi və ona tabe olan qurumların yarıtmaz fəaliyyətindən irəli gəlir. Bu bir daha ictimai nəzarət faktorunu aktullaşdırır. Bir neçə müddət bundan öncə ölkə prezidenti cənab İlham Əliyev, ictimai nəzarətin gücləndirilməsi barədə tapşırıq verdi, çox dövlət müəssələrində ictimai şuralar yarandı. Lakin təəssüf ki qurumlarda olan “padışahlar” bəzi ictimai şuralara müxtəlif üsullarla işləməyə imkan yaratmır və qurumların fəaliyyətlərinə nəzarət etməyə qoymurlar. Məhz ictimai nəzarətin olmaması, məmurlara “rahat öz işləri” ilə işləmək imkanı yaradır”.
Eksperin sözlərinə görə, Hərbi Prokurorluq artıq vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar haqqında cinayət işi qaldırmalıdır. Bəlkə ondan sonra məsuliyyət hiss edilər.
Leyla
Medianews.az