Marvel qəhrəmanı Red Skull-a oxşamaq üçün bədəninin bir çox yerinə döymə vurduran və bu da azmış kimi burnunu kəsib başına buynuz taxdıran Henri Rodrigez prosesin sonunda tanınmaz hala düşüb.
Medianews.az xəbər verir ki, onun bu halı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanır.
ABŞ-da yaşayan venesuelalı Henri Rodrigezin bədənində çoxlu döymələr olub, burnunu kəsib, başında Marvel qəhrəmanını xatırladan buynuzlar olub. İndiyə qədər 40 min dollar xərcləyən Henri artıq tanınmaz haldadır.
Henri uşaqlıqdan gülməli filmlərə böyük marağı olduğunu, bu səbəbdən istədiyi kimi yaşamağa başladığını və pərəstişkarı olduğu Red Skull personajına bənzəmək üçün əlindən gələni etdiyini bildirib.
Henri etdiyi prosedurlardan sonra çəkdirdiyi bütün şəkilləri sosial media hesabında izləyiciləri ilə paylaşıb. Nəhayət dilini ortasından kəsərək çəngəl şəklinə salan Henri bu cür işləri davam etdirəcəyini bildirib.
Turan Oruc
Medianews.az