Silahlı basqın nəticəsində həyatını itirən aparıcı türkiyəli məşhur jurnalist Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlunun güllələndiyi anların görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, hadisə vəkilin özünə aid olan restoranda baş verib.
Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə qatil əvvəlcə Mahmutyazıcıoğlunu vurub, daha sonra ayağına iki atəş açıb. Bundan sonra Mahmutyazıcıoğlunu sürüyərək çölə çıxarmağa çalışsalar da, buna nail ola bilməyən silahlı şəxslər qapının qarşısında vəklin ayaqlarına yenidən iki dəfə atəş açaraq öldürüblər.
Şübhəlilər hadisə yerindən qaçarkən, Mahmutyazıcıoğlu xəstəxanaya aparılıb. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq Mahmutyazıcıoğlu həyatını itirib.Hadisədən sonra bölgədəki təhlükəsizlik kameralarını araşdıran polis qrupları hadisəyə qarışan 6 şübhəlini müəyyən edib. Şübhəlilərdən ikisi Mütəşəkkil Şöbə qrupları tərəfindən nəzarətə alınıb. Dörd şübhəlinin tutulması üçün işlərin davam etdiyi öyrənilib.
Qeyd edək ki, Şafak Mahmutyazıcıoğlu tanınmış aparıcı, aktrisa Ece Erkenin həyat yoldaşı idi.
Turan Oruc
Medianews.az