Türkiyədə bir şəxs evlənmək üzrə olduğu qadını küçənin ortasında döyüb.
Medianews.az xəbər verir ki, qadının qışqırtılarından sonra məhəlləyə çıxan insanları görən cütlük taksiyə minərək hadisə yerindən qaçıb.
Taksidə zorakılığı davam etdirən təcavüzkar qadına çoxsaylı bıçaq zərbələri endirib.
Baş verən hadisədə sürücü olduğu iddia edilən Ramazan Su (40) evlənmək üzrə olduğu sevgilisi Nermin Celep (44) ilə əmisinin evindən çıxaraq taksi çağırıb. Bir müddət sonra ikili arasında naməlum səbəbdən mübahisə yaranıb. Daha sonra Ramazan Su küçənin ortasında sevgilisini döyməyə başlayıb.
Şübhəli şəxs piyada olaraq hadisə yerindən qaçarkən, taksi sürücüsü ağır yaralanan qadını xəstəxanaya çatdırıb. Xəbərin ardından hadisə yerinə gələn polis qrupları Ramazan Suyu tutmaq üçün araşdırmalara başlayıb. Yaxalanaraq nəzarətə alınan Su, polis şöbəsinə aparılıb. Şübhəli Ramazan Su ifadəsi alındıqdan sonra Anadolu Ədliyyəsinə sövq ediləcək.
Turan Oruc
Medianews.az