Sosial şəbəkələrdə 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində lentə alınan görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, yayılan məlumata görə, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.
Bundan əlavə iddia edilir ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.
Məsələ ilə bağlı Medianews.az saytı 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi əlaqə saxlayıb. Direktorun köməkçisi, bu barədə açıqlama verə bilməyəcəyini və Bahar Kərimovanın öz yerində olmadığını bildirib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Medianews.az saytına açıqlama verərək, məsələnin araşdırıldığını qeyd edib.
Leyla
Medianews.az