Həkim-farmakoloq: “Necə ola bilər ki, vətəndaş gəlib hansısa dərmanı istəsin, amma aptekdə ola-ola bunu satmasın?”
Son günlərdə koronavirusa yoluxanların statistikasında xeyli sayda artım müşahidə olunur.
Bu artımla birlikdə bir çox apteklərdə yüngül və daha ucuz qiymətə olan qızdırmasalıcılar da yoxa çıxıb. Vətəndaşlar isə bunun səbəbini apteklərin ucuz qiymətə olan dərmanları gizlədib, daha baha qiymətə olan əvəzediciləri satmaq istəmələri ilə əlqələndirirlər.
Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətininixract departamentinin direktoru Müşfiq Hüseynov Medianews.az saytına açıqlaması zamanı bu iddianın tamamilə əsassız olduğunu bildirib. Onun sözlərinə görə, hər bir aptekçi ilk növbədə ticarət dövriyyəsinin yuxarı olmasına çalışır.
“Necə ola bilər ki, vətəndaş gəlib hansısa dərmanı istəsin, amma aptekdə ola-ola bunu satmasın? Bu tammailə cəfəng, heç bir əsası olmayan fikirlərdir. Aptekdə həmin dərman olmaya, onun əvəzinə başqa dərmanlar ola bilər. Çünki bizim yerli əczaçılıq endustitusiyamız olmadığından, biz ekportdan tamamilə asılı vəziyyətdəyik. Zaman-zaman bəzi malların çatışmazlığı yarana bilir. Bu da normal haldır”.
Leyla
Medianews.az