Ötən gün Xalq artisti Aygün Kazımovanın ad günü olub.
BAKU.WS xəbər verir ki, sənətçinin 51-ci yaş günü dəbdəbəli məkanlardan birində baş tutub. Məclisdə Kazımovanın ailə üzvləri yaxınları və tanınmış sənət dostları iştirak ediblər. Məşhurlar sənətçinin şad günündən olan görüntüləri sosial şəbəkə hesablarında yayımlayıblar.
Xalq artistinin ad günü maraqlı səhnə şouları ilə yadda qalıb. İfaçı doğum günündə sevilən hitlərini də səsləndirib.
Qeyd edək ki, Aygün müsahibələrindən birində sadəcə 3 bayramı sevdiyini, onlardan birinin də öz ad günü olduğunu vurğulayıb.
https://d.radikal.ru/d10/2201/4b/d3227454e288.jpg
https://b.radikal.ru/b22/2201/2e/d22c39e7e732.jpg
https://c.radikal.ru/c41/2201/2e/228eec576d1a.jpg
https://d.radikal.ru/d31/2201/37/285228c12aac.jpg
https://d.radikal.ru/d25/2201/99/73d72acba7ab.jpg