Türkiyəli aparıcı Nevşin Mengü “Söyləməsəm Olmaz” adlı televiziya proqramında İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunu İstanbula yağan qarla bağlı tənqid edən həmkarı Bircan Baliyə reaksiya verib.
Medianews.az xəbər verir ki, aparıcı Nevşin Mengü həmkarını çox sərt tənqid edib.
İstanbulda güclü qar yağışı səbəbindən həyat demək olar ki, iflic olub, yollar, xüsusən də magistral yollar bağlanıb və vətəndaşlar gecəni çöldə keçirməyə məcbur olub.
Bu arada Əkrəm İmamoğlu balıqçı restoranında görüntülənməsi ilə gündəmə gəlib və müzakirələr siyasi müstəviyə keçib. Bir gün sonra Əkrəm İmamoğlu “19 saatlıq iş rejimimdə 1 saatlıq nahar fasiləmin niyə gündəmə gətirilməsi məumdur” – deyə açıqlama vermişdi.
Qar yağışından yaranan narazılıqlar müzakirə olunarkən jurnalist Nevşin Mengü də Beyaz TV-də yayımlanan maqazin proqramında məsələnin siyasi müstəvidə müzakirə olunmasından hiddətlənib.
Turan Oruc
Medianews.az