Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Kəmalə Qaramollayeva ona ev və maşın bağışlayan vəzifəli şəxsi İŞƏ SALDI

TURAN
26/01/2022 15:37
0
6
BAXIŞ
FacebookTwitterTelegram

Hüquqşünas: “Həmin vəzifəli şəxs istintaqa cəlb edilməli, maşın və evin üzərinə həbs qoyulmalıdır”

İfaçı Kəmalə Qaramollayeva ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. İfaçı həmin vəzifəli şəxsin ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Sitat: “Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı”.

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müzakirə edilən mövzulardan  birinə çevrilib. Vəzifəli şəxsin kimliyi ilə bağlı ən müxtəlif fikirlər qeyd olunub. Ən diqqətçəkən məqam isə vəzifəli şəxsin bir ifaçıya ev və maşın bağışlayacaq qədər vəsaiti hansı mənbədən əldə etməsi ilə bağlı olub. İstifadəçilər ifaçını ev və maşın bağışlamaqla xoşbəxt edən vəzifəli şəxsin korrupsiyaya qurşanmış biri olması ehtimallarını bölüşürlər.

Azərbaycanda vəzifəli şəxslərin minimum əmək haqqı 624 manat, maksimum isə 3084 manatdır. Bəs kimdir, hansı vəzifəli şəxsdir ifaçı Qaramollayevanı bahalı hədiyyələrlə sevindirən?

Vəzifəli şəxsin əməli korrupsiya predmetinə görə araşdırılmalıdırmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hər bir kəs sərəncamında olan şəxsi vəsaitindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir: “Məsələn, Kəmalə Qaramollayeva desəydi ki, filan iş adamı mənə ev və maşın bağışlayıb, məsələnin hüquqi baxımdan hər hansı bir araşdırma mövzusuna çevrilməsi doğru olmazdı. Çünki iş adamı pulu öz biznesindən qazanır. Özü istədiyi kimi də xərcləyə bilir. Yəni ona kimsə niyə pulunu aparıb filankəsə verdin, hədiyyə etdin iradını bildirə bilməz. Kəmalə Qaramollayeva isə deyir ki, ona evi və maşını vəzifəli şəxs bağışlayıb. Həmin vəzifəli şəxsin kimliyi araşdırılmalı, onun bir müğənniyə ev və maşınını hansı mənbədən əldə etdiyi vəsaitlə bağışladığı aydınlaşdırılmalıdır. Əgər həmin vəsaitin mənbəyi dövlət büdcəsi olubsa, o, istintaqa cəlb edilməli, Qaramollayevanın sərəncamında olan maşın və evin üzərinə həbs qoyulmalıdır. Bundan sonra iş məhkəməyə göndərilib müvafiq hökmlə ev və maşın geri alınmalı, dövlətə vurulan ziyan da ödənməlidir”.

Hüquqşünas deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil və bu, antikorrupsiya tədbirlərinin effektivliyini minimallaşdıran əsas amildir: “Büdcə pullarına ictimai nəzarət güclənməlidir ki, vəzifəli şəxslər büdcə pulları ilə öz şəxsi vəsaitlərini qarışdırıb dağıtmasınlar. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər. 1000 manat məvacib alıb az qala yarısını kommunal xərclərə verən vəzifəli şəxs əlbəttə ki, bunu etmək istəməyəcək. O, büdcə puluna əli çatan vəzifəli şəxsin əlinə baxan olacaq. Bu gün büdcə təşkilatlarında  korrupsiya cinayəti adi haldır. İri məmurların həbsləri ilə vəziyyət dəyişməyəcək. Nə qədər büdcə vəsaitlərinin xərclənməsində örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirləri də istənilən nəticəni verməyəcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: “Qaramollayevanın vəzifəli şəxs dediyini istintaqa cəlb etsələr belə, onun vəsaitinin mənşəyini rəsmi qaydada təqdim etməsi tələb edilə bilməz. Qanun yol vermir. Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə – həm yoxlayıcıya, həm də yoxlanan quruma – 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Belə pullar gec-tez harınlıq yaradır, qanunların işləməsini əngəlləyir və dövlətin əsaslarının sarsıdılmasına gətirib çıxarır. Müğənniyə kimsənin ev və maşın bağışlamasında qəbahət yoxdur. Amma həmin kimsənin vəzifəli şəxs olması məsələnin mahiyyətini dəyişir, Azərbaycan reallığını, vəzifəlilərin büdcədən çırpışdırdıqları vəsaitlərin hansı istiqamətlərə xərcləmələrini ortaya qoyur”.

DAHA ÇOX OXU

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO
export

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

26/05/2022
“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”
1-MANŞET

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

26/05/2022
Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA
Cəmiyyət

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

26/05/2022
Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”
export

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

26/05/2022
Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO
export

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

26/05/2022
Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ
1-MANŞET

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

26/05/2022
SON XƏBƏR
Nəzirləri kartla ödəmək MÜMKÜN OLACAQ

Nəzirləri kartla ödəmək MÜMKÜN OLACAQ

Omikron ştamı ilə bağlı RƏSMİ MƏLUMAT YAYILDI

Omikron ştamı ilə bağlı RƏSMİ MƏLUMAT YAYILDI

Azərbaycanda toylarla bağlı yeni QADAĞA – Bu şəxslər içəri buraxılmayacaq

Azərbaycanda toylarla bağlı yeni QADAĞA - Bu şəxslər içəri buraxılmayacaq

Xəbər lenti

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022/05/26 13:14

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

2022/05/26 13:14

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

2022/05/26 13:09

Selcuq Bayraktar Qarabağ şəhidlərini yad etdi – VİDEO

Selcuq Bayraktar Qarabağ şəhidlərini yad etdi – VİDEO

2022/05/26 13:08

ABŞ Dövlət Departamentindən Türkiyə açıqlaması: Suriya ilə bağlı əlaqə saxladıq

ABŞ Dövlət Departamentindən Türkiyə açıqlaması: Suriya ilə bağlı əlaqə saxladıq

2022/05/26 13:07

Azərbaycan və Türkiyə prezidentləri “Texnofest Azərbaycan”ı ziyarət edəcək

Azərbaycan və Türkiyə prezidentləri “Texnofest Azərbaycan”ı ziyarət edəcək

2022/05/26 13:07

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.