Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

“Bütün bunlar vətəndaş cəmiyyətinin əlində olmalıdır, hökumətin yox” – Novella Cəfəroğlu

TURAN
26/01/2022 12:19
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Hüquq müdafiəçisi: “Beynəlxalq təşkilatlardan aralı qaldıq və çox az qrantlar ala bildik”

Azərbaycanda vətəndaş cəmiyyətinin rolu bütün istiqamətlərdə mühümdür. İnsan haqlarından tutmuş neftçilərin, qadınların, uşaqların və əlilliyi olanların hüquqlarının müdafiəsinə, təhlil mərkəzlərinə, seçkiləri müşahidə edənlərə, dövlət qurumlarının şəffaflığını araşdıranlara qədər təşkilatlar var. 

Lakin son illərdə qeyri-hökumət təşkilatlarının üzləşdiyi çətinliklər özləri tərəfindən dilə gətirilməkdədir.

Medianews.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən bu yöndə addımlar atılmasına baxmayaraq, xarici donorlardan qrant almaqda məhdudiyyətlər onların işini xeyli dərəcədə çətinləşdirib. Halbuki, vətəndaş cəmiyyəti ictimai nəzarətin həyata keçirilməsində ən mühüm qollardan biridir.

Yəni, media ilə qoşa addımlayan vətəndaş cəmiyyəti şəffaflığa, məmurların davranışlarına ictimai nəzarəti təmin edən əsas sütunlardan sayılır. Elə bir müddət əvvəl Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində məmurların fəaliyyətindən danışarkən ictimai nəzarətin artırılmasının əhəmiyyətindən söz açmışdı. Lakin QHT-lər vəziyyətdən məmnun deyillər. Eyni zamanda, qanunvericiliyə edilən dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafında hasar rolunu oynayır. 

Bəs, bu gün hüquq-müdafiə təşkilatlarının fəaliyyətində hansı əngəllər var? QHT-lər vətəndaş cəmiyyətinin inkişafını nələrdə görür? Vaxtilə ölkəyə maliyyə göndərən xarici fondlar, beynəlxalq donorlarla bağlı açılıma getmək lazımdırmı?

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Medianews.az-a vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri sadalayıb. Onun sözlərinə görə, ilk növbədə pandemiya QHT-ləri regionlardan ayırıb və bölgələrdə vətəndaşlarla görüşmək imkanları məhdudlaşıb. 

Hüquq müdafiəçisi bunu təbii fəlakət adlandırır və hesab edir ki, ilk çətinlik buradan başlayır.

N.Cəfəroğlunun sözlərinə görə, digər məhdudiyyət 2014-cü ildə QHT-lər haqda qanuna edilən dəyişikliklərdən sonra yaranmaqdadır: 

“Qanun qəbul edildikdən sonra beynəlxalq təşkilatlardan aralı qaldıq və çox az qrantlar ala bildik. Bilmirəm kimlər bu əsassız fikri ortaya atdılar ki, guya ayrılan vəsaitlər inqilab etməyə hesablanıb. Bizə belə söz deyən olmayıb. Biz qadın hüquqları, erkən nikahlar, qadına şiddət mövzusunda xarici donorlardan maliyyə alırdıq, görüşlər keçirirdik, maarifləndirici  addımlar atırdıq. Ona görə, hazırda ölkədə 4000- ə yaxın qeyri-hökumət təşkilatı var, onlardan az qismi fəaliyyət göstərə bilirlər”. 

Hüquq müdafiəçisi təşkilatların vətəndaş cəmiyyəti içində olmamasının ciddi problemlər yaratdığını düşünür: “Müharibə dövründə intensiv işlədik. Ancaq postmüharibə zamanı da zəfərin nəfəsini saxlamaq üçün QHT-lərin fəal işləməsi vacibdir. Çünki qiymət artımı, sosial şəraitin çətinləşməsi əhalidə narazılıq yaradır, belə məqamda vətəndaş cəmiyyətinə ehtiyac var ki, insanlarla söhbətləşsinlər. Biz dövlətçiliyi qorumalıyıq, qələbənin ləzzətini saxlamalıyıq”. 

N.Cəfəroğlunun fikrincə, vətəndaş cəmiyyətinin inkişafı üçün yeni imkanlar yaradılmalıdır: “Misal üçün Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə səfirlər işğaldan azad edilən ərazilərə aparıldı, onlar erməni vandalizminə şahid oldular, bütün dünyaya işğalçıların mahiyyəti çatdırıldı, bir sözlə, çox düzgün təşəbbüs idi. Amma ABŞ, Fransa, Almaniya kimi ölkələrin səfirləri getmədilər. Guya təhlükəsizliklə əlaqələndirdilər, əslində, siyasi qərar idi. Sadəcə, bu cür məsələlərdə, onların səfərlərinin təşkili üçün danışıqlarda da vətəndaş cəmiyyəti rol oynamalıydı. Bütün bunlar vətəndaş cəmiyyətinin əlində olmalıdır, hökumətin yox. İndi QHT-lərlə Dövlət Dəstəyi Agentliyi işləməyə başlayıb, xoşumuza gələn addımlar var. Amma vətəndaş cəmiyyətinin çiyninə çox iş düşür, ona görə güclü dəstək olmalıdır”. 

Qeyd edək ki, QHT-lər haqqında qanuna 2014-cü ildə edilən dəyişiklərə görə, yerli və xarici dövlətlərin qeyri-hökümət təşkilatının filial və nümayəndəlikləri, qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları aidiyyatı üzrə icra hakimiyyəti orqanına təqdim etməlidir. 

Yəni Azərbaycandakı QHT-lərə qrant ayıran xarici donor təşkilatı öncədən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bundan başqa barəsində məlumat təqdim edilməmiş qrantlar üzrə bank əməliyyatları qadağandır.

Xarici donor təşkilatı ilə yerli QHT arasında imzalanmış müqavilə Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Müqavilə olmadan işləyən yerli QHT-lər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyacaq.

“Qrant haqqında” qanuna edilən dəyişiklərə görə, xarici hüquqi şəxslərin Azərbaycanda qeydiyyata alınmış filial və nümayəndəlikləri yerli QHT-lərə qrant ayırmaq hüququnu müvafiq icra hakimiyyəti orqanından maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəy almalı olacaqlar. Yalnız bundan sonra onlar yerli qeyri-hökümət təşkilatlarına qrant ayıra bilərlər.

Roman Nəsirov
Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

 

DAHA ÇOX OXU

Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb
Ölkə

Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb

21/05/2022
“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov
1-MANŞET

“İƏT-lə Azərbaycan arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində yeni mərhələ başlayacaq”- Aydın Hüseynov

17/05/2022
Bakıda qadın özünü 9-cu mərtəbədən ATDI
export

Bakıda qadın özünü 9-cu mərtəbədən ATDI

14/05/2022
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Cəmiyyət

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

14/05/2022
Siqaret çəkən, söyüş söyən, öpüşən yeniyetmələr: Gələcəyi uçuruma aparan səbəb nədir? – VİDEO
Cəmiyyət

Siqaret çəkən, söyüş söyən, öpüşən yeniyetmələr: Gələcəyi uçuruma aparan səbəb nədir? – VİDEO

14/05/2022
Kiyevdən ŞOK GÖRÜNTÜLƏR: Rus hərbçilərinin meyitləri bu vaqonlarda saxlanılır – FOTOLAR
1-MANŞET

Kiyevdən ŞOK GÖRÜNTÜLƏR: Rus hərbçilərinin meyitləri bu vaqonlarda saxlanılır – FOTOLAR

13/05/2022
SON XƏBƏR
Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb

Polisi döyən deputat vəkilindən İMTİNA ETDİ

Polisi döyən deputat vəkilindən İMTİNA ETDİ

“Təhsil Nazirliyində işləyənlər işi idarə edə bilmirlər” – Ekspertdən QALMAQALLI AÇIQLAMA

"Təhsil Nazirliyində işləyənlər işi idarə edə bilmirlər" - Ekspertdən QALMAQALLI AÇIQLAMA

Xəbər lenti

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022/05/26 13:14

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

2022/05/26 13:14

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

2022/05/26 13:09

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.