Türkiyənin İstanbul şəhərinə yağan güclü qar həyatı iflic edib.
Yerli mətbuat yazır ki, artıq səhər saatlarından etibarən yola çıxan bəzi avtomobillər yarı yolda qalıb, bir sıra qatar və aviareyslər təxirə salınıb.
Xüsusən yolda qalan maşınlar yollarda tıxacların yaranmasına gətirib çıxarıb.
Sinoptiklər İstanbulda qarlı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.