Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 762 yoluxma halı qeydə alınıb, 42 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 075 154, ölənlərin sayı isə 14 774 nəfərə çatıb.
Virusa yoluxanlardan 972 745 nəfərin sağaldığı bildirilib.