Bakıda marketlərin birində endirim adı altında vətəndaşlar aldadılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə endirimlə 7.99 AZN-ə təklif olunan məhsulun köhnə qiymətinin elə həmin olması üzə çıxıb. Halbuki marketdə həmin məhsul 8.90-dan endirimə düşdüyü kimi təqdim olunub.