“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”.
Medianews.az xəbər verir ki, bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır.
“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, – deyə Əhməd İsmayılov əlavə edib.
Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər.
Medianews.az