“Aktrisa Çimnaz Sultanovanın evindən oğurluq edilməsi ilə bağlı araşdırmalar aparılır”.
Bu barədə Medianews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
O bildirilib ki, aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.Onun sözlərinə görə, iş üzrə icraat dayandırılması ilə bağlı iddialar əsassızdır.