“Türkiyə prezidenti R. T. Ərdoğan İran prezidenti Rəisi ilə telefon danışığında “3+3” formatının Türkiyədə keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb. İran müharibədən sonra, bu formata qarşı olsa da mövcud geosiyasi reallıqlarla barışmalı oldu”.
Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az saytına açıqlaması zamanı bildirib.
Məhəmməd Əsədullazadə
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın da daxil olacağı siyasi-iqtisadi inteqrasiyanı özündə əks etdirən bu platforma Cənubi Qafqazda Avropa və Asiya arasında yeni bir siyasi nizam deməkdir:
“Bu xüsusilə regionda təhlükəsizliyin təmin olunmasına gətirə bilər. Gürcüstan Rusiya faktoruna görə (əslində Qərbin təzyiqləri ilə) bu platformada yer almayacağını elan edib.
Türkiyə də keçiriləcək konfransa qatılmayacağı mümkündür. Əsas məsələ isə, bu platformanın işlək və real olaraq inkişafı, ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülh müqaviləsinin bağlanmasından aslıdır. Əgər, Ermənistan buna getməsə, platforma Ermənistansız mümkündür. Bu da təbii ki, Ermənistanda növbəti siyasi-iqtisadi kataklizmə yol açacaq.
Prezident R. T. Ərdoğan və prezident İlham Əliyevin birgə planı olan bu platforma ilk növbədə, “Zəngəzur” dəhlizinin açılmasını ərazi bütövlüyünü özündə əks etdirir. Türkiyə Ermənistanla normallaşma prosesinə daxil olub. Ermənistanı Azərbaycanla normal münasibətlərə sövq edəcək”.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə də keçiriləcək 3+3 platforması Ermənistanın mövqeyini bir daha ortaya qoyacaq:
“Ümumiyyətlə Ermənistan bu platformada yer alacaqsa, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalmalıdır. Bunun alternativi isə, rəsmi Yerevan üçün uğurlu görünmür”.
Leyla
Medianews.az