Cümə, 20 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

“Gender məsələsi Azərbaycan qanunvericiliyində istər qadına, istərsə də kişiyə bərabər yanaşır”

TURAN
2022/01/24 19:52
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Dünyanın müxtəlif yerlərində illər boyu qadın və kişi hüquqları ilə bağlı ciddi polemikalar aparılıb, fikir ayrılıqları yaranıb. Buna baxmayaraq gender məsələləri, kişi və qadın bərabərliyi hər ölkədə eyni deyil. Müxtəlif ölkələrdə buna fərqli kontekstdən yanaşılır. Son dövrlər boşanmaların artması, gənclərin ailə qurmaqda maraqlı olmaması, ailələrin bir və ya ikidən artıq övlad dünyaya gətirmək istəməməsi kimi məsələlər demək olar ki, əksər ölkələrdə problem olaraq qalır. Bəs, bu kimi faktorların qarşısı necə alınmalıdır?

Tanınmış sosioloq Sahib Altay bu və digər məsələlərlə bağlı Medianews.az-a belə şərh verib:

“Müasir dünya standartlarına uyğun olaraq ölkəmizdə ciddi gender problemi var. Xüsusilə də, bu, bizdə məişətdə özünü büruzə verir. Müsəlman şərqində ilk cümhuriyyət quran ölkə olaraq Azərbaycanda ilk dəfə qadına seçim hüququ verilib. Qadın azadlıqları, qadın hüquqları ilə bağlı bəyannamələr, qanunlar qəbul edilib. Ümumiyyətlə, gender məsələsi Azərbaycan qanunvericiliyində həm yaşam tərzi, həm  əmək fəaliyyəti, həm də ictimai fiqur kimi istər qadına, istərsə də kişiyə bərabər yanaşır. Bu baxımdan hər hansı bir ayrı-seçkilik yoxdur. Ayrı-seçkilik bizim mühitimizdə mövcuddur.

Azərbaycan hüquqi cəmiyyət deyil, hüquqi dövlətdir. Bizdə hüquqi düşüncə üst səviyyədə olmadığına və həyat tərzimizdə öz əksini tapmadığına görə, Konstitusiyada əksini tapmış hüquqlarımız gündəlik yaşam tərzimizdə, əmək fəaliyyətimizdə, təcrübəmizdə keçərli olmur. Çünki hüququn arxasında hüquqi düşüncə olmalıdır.  Azərbaycan mental mühafizəkar, eyni zamanda kütləvi inanclı bir cəmiyyətdir. Mən bunun birbaşa inancla əlaqədar olduğunu deyə bilmərəm. Bunu inanca qarşı hörmətsizlik kimi qəbul edirəm.

Amma inancın fonunda formalaşmış mövhumatlar var ki, məhz Azərbaycanda mentallığın, inancın və tarixi travmaların formalaşdırdığı məişət təfəkkürünün nəticəsində Azərbaycanda gender bərabərsizliyi var. Bunun başqa bir tərəfi də iqtisadi-sosial asılılığa görədir ki, həm təfəkkür baxımından azərbaycanlı  ailəsində övlad valideyndən, qadın kişidən asılıdır. Bu həm də iqtisadi baxımdan belədir. Sosial-mənəvi məsələlərdə biz tarixi travmaları, mentaliteti, dini nəzərə almaqla yanaşı, həm də iqtisadiyyat faktorunu nəzərə almalıyıq. Hər nə qədər desələr ki, bizdə kapitalizm quruluşudur, Azərbaycandakı mövcud iqtisadi quruluş və ictimai sosial münasibətlərə təsir edən yaşam tərzi, maddi yaşam tərzi, gəlirlər, iş strukturları, əmək fəaliyyəti imkan vermir ki, ölkəmizdə gender balansı qorunsun və yaxud da gender bərabərliyi formalaşsın. Eyni zamanda təfəkkür də təmin olunmalıdır”.

Sosioloq əlavə edib ki, Azərbaycanda ailələrin qəbul etdiyi bir ailə modeli var və o modelə əsasən ailə prinsipləri qorunur: “Milli-mənəvi dəyərlər, adət ənənələrin müasir dövrdə artıq deqradasiyaya uğradığını görürük. Bir tərəfdə qloballaşan dünya var, digər tərəfdə Azərbaycan xalqı və bu xalqın timsalında bir çox  mental toplumlar var, onlar mühafizəkarlıq etməyə çalışırlar. Eyni zamanda, gündəlik boşanma sayları, xəbərlərdə nümayiş olunan ailə məsələlərilə bağlı məlumatlar, işsizlik faktoru, zorakılıq, psixoloji-sosial məsələlərdən doğan stress faktorları azərbaycanlı ailə modelinin dağılmasına gətirib çıxarır. Bu da mental kütlədə psixoza səbəb olur. Bu gün  Azərbaycanda böyük ailə münaqişələri var. Yuxarıda dediyim kimi, bu həm iqtisadi faktorlar, həm də mental mühafizəkarlıqla bağlıdır. Bir daha əvvəlki fikrimə qayıdacağam ki, hər bir dövrün öz tendensiyası var və həmin dövrün tendensiyasına uyğun həyat tərzi qurulur. Sən müasir dünyanın düşüncə tərzinə, iqtisadi quruluşuna, yaşayış tərzinə uyğun olaraq birbaşa mühafizəkarlıq edə bilməzsən. Misal üçün,  Azərbaycanın ailə modelini yaşatmaq istəyirsənsə, köhnə dəyərlər üzərində öz psixologiyana uyğun olaraq yeni dəyərlər formalaşdırmalısan. Burada sosial münasibətlər iqtisadi quruluşla uzlaşmalıdır. Bunun üçün də elmi yaradıcılığa, maarifçiliyə, təhsildə xüsusi sosial layihələrə ehtiyac var. Müasir dünya tendensiyasına uyğun olaraq yaşam və düşüncə tərzi formalaşdırılmalıdır. Çünki artıq yüz il öncə Mirzə Cəlil, Axundovun ziyalılıq- maarifçilik prinsipləri geridə qalıb, o prinsiplər bu gün üçün keçərli deyil”.

Hazırladı: Afaq Mirayiq
Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

 

DAHA ÇOX OXU

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO
Dünya

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

20/05/2022
Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI
Cəmiyyət

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

20/05/2022
Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO
export

Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO

19/05/2022
Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var
1-MANŞET

Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var

19/05/2022
İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU
1-MANŞET

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

19/05/2022
Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO
Dünya

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

19/05/2022
SON XƏBƏR
Bakıda narkotacir və telefon oğruları saxlanıldı - ANBAAN VİDEO

Bakıda narkotacir və telefon oğruları saxlanıldı - ANBAAN VİDEO

Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirilib

Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirilib

Sezen Aksunun qalmaqallı mahnısına Azərbaycandan reaksiya

Sezen Aksunun qalmaqallı mahnısına Azərbaycandan reaksiya

Xəbər lenti

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

2022/05/20 08:08

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

2022/05/20 07:49

Rihannanın oğlu olub

Rihannanın oğlu olub

2022/05/20 07:37

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” – VİDEO

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” – VİDEO

2022/05/20 07:16

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

2022/05/20 07:00

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022/05/20 06:20

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək

2022/05/20 04:18

Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO

Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO

2022/05/19 19:02

Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var

Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var

2022/05/19 18:37

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

2022/05/19 18:10

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

2022/05/19 17:48

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

2022/05/19 17:21

Ukraynada həlak olan uşaqların sayı açıqlandı

Ukraynada həlak olan uşaqların sayı açıqlandı

2022/05/19 17:10

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

2022/05/19 16:53

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

2022/05/19 16:50

İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR – VİDEO

İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR – VİDEO

2022/05/19 16:47

Dünyanın gündəmini alt-üst edən İDDİA: Putinin qızı ilə evlənən Zelenski kimdir? – FOTO

Dünyanın gündəmini alt-üst edən İDDİA: Putinin qızı ilə evlənən Zelenski kimdir? – FOTO

2022/05/19 16:32

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

2022/05/19 16:18

Azərbaycanda gənc həkim yuxudan oyanmadı: Tərpədəndə gördülər ki…

Azərbaycanda gənc həkim yuxudan oyanmadı: Tərpədəndə gördülər ki…

2022/05/19 16:10

Putinin ən böyük SİRRİ: Ailəsini GİZLİ saxlamağının qaranlıq SƏBƏBİ

Putinin ən böyük SİRRİ: Ailəsini GİZLİ saxlamağının qaranlıq SƏBƏBİ

2022/05/19 16:08

Zelenskinin sağ əli Podolyak: Rusiya qoşunları tamamilə çıxarılmadan atəşkəs mümkün deyil

Zelenskinin sağ əli Podolyak: Rusiya qoşunları tamamilə çıxarılmadan atəşkəs mümkün deyil

2022/05/19 16:07

Rusiya Azovstal fabrikindən təxliyə edilən yaralı əsgərlərin görüntülərini paylaşıb – VİDEO

Rusiya Azovstal fabrikindən təxliyə edilən yaralı əsgərlərin görüntülərini paylaşıb – VİDEO

2022/05/19 15:54

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI

2022/05/19 15:09

Bakının mərkəzində aktyora şillə vurdu – VİDEO

Bakının mərkəzində aktyora şillə vurdu – VİDEO

2022/05/19 14:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə ol!

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.