Dünya İndoneziyada baş verən yol qəzasının görüntülərindən danışır.
Medianews.az xarici mediayaya istinadən xəbər verir ki, hadisə Şərqi Kalimantan bölgəsində baş verib.
Əyləci tutmayan yük maşınının işıqforun qırmızı işığında gözləyən avtomobilləri vurması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb. Qəza anı təhlükəsizlik kameralarına əks olunub, polis dəhşətli qəzadan sonra yük maşını sürücüsünü saxlayıb.
Qəzada 2 pikap, 2 minik avtomobili, 8 mikroavtobus və 14 motosiklet iştirak zərər görüb.
Polisdən verilən açıqlamada, qəzadan sonra 48 yaşlı yük maşını sürücüsünün saxlanıldığı və qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Medianews.az