Braziliyada yaşayan 27 yaşlı 4 uşaq anası Tais de Oliveyra Rost elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Braziliyanın Rio-Qrande-du-Sul əyalətində baş verib.
Tais de Oliveyra Rost evində paltaryuyan maşın işə salıb. Gənc qadın paltarları paltaryuyan maşına qoyarkən onu elektrik cərəyanı vurub. Bədbəxt qadın hadisə yerində faciəvi şəkildə dünyasını dəyişib.Həmin vaxt evdə tək olduğu deyilən qadını sevgilisi Uilyam Botteqa tapıb. Evə çağırılan həkim qrupları Oliveyranın öldüyünü müəyyən ediblər.
Qadının sevgilisi Uilyam Botteqa sosial media hesabından üzücü xəbəri açıqlayıb. Sağlamlıq qrupları tərəfindən meyitxanaya aparılan Oliveyranın üzərində ekspertiza aparılacaq. Yarılmanın nəticələrindən sonra Oliveyranın dəqiq ölüm səbəbi açıqlanacaq.
Medianews.az