Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

LEYLA
21/01/2022 12:33
0
0
BAXIŞ
FacebookTwitterTelegram

“Ramiz Mehdiyev akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib. Gözlənilən idi, çünki əvvəllər də öz kurasiyasında saxladığı akademiyanın vəziyyəti ürəkaçan deyildi. Akademiyada elmi titulların və vəzifələrin dostbazlıq, tanışlıq, qohumbazlıq, yerlibazlıq və digər zərərli prinsiplər və sövdələşmələr əsasında həyata keçirildiyi heç kəsə sirr deyil”.

Musavat.com xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycan elminin baş bəlasına çevrilib:

“Onun əlindən dövlətdən narazı qüvvəyə çevrilərək baş götürüb gedənlərin və getmək istəyənlərin sayı az deyil. O, əsl elm adamlarını cana-boğaza yığıb, ona “ləbbeyk” deməyənlərin ümid çırağını söndürüb.

Elmlər Akademiyasındakı hədsiz maliyyə pozuntuları, özbaşınalıq baş alıb gedir, vəziyyət gündən-günə kritikləşir.

Bu gün Ramiz Mehdiyevin “işləməsi” zərərlidir. O, akademiyada şəffaflıq yaratmaq istiqamətində heç bir təşəbbüs göstərmək iqtidarında deyil. Onun fəaliyyəti elmə və alimə həqarətdir. Silahdaşı İsa Həbibbəyli və bir qrup digər akademşəbəkə fəalları da ciddi elmlə məşğul olan adamlara nifrət edir. Bunun şəxsən şahidi olmuşam”.

İ.Abbasov qeyd edib ki, Ramiz Mehdiyev dövlət əmlakının dağıdılması, dövlət vəsaiti hesabına çap olunan saxta əsərlər haqqında faktlara heç bir reaksiya vermədiyi halda, “hörümçək”lə əlləşir:

“Halbuki adam bağ-bağatında rəngarəng kəpənəklər, təzə-tər çiçəklərlə mənalı vaxt keçirə bilərdi. Bu həm elmimiz, həm də dövlətçiliyimiz üçün daha faydalı olardı. Təsəvvür edin, institutlarda dövlətin milyonları mənimsənilir, plagiatizmə abidə qoyulur, dövlət maraqları ayaqlar altına salınıb tapdanır, gənclər baş alıb ölkədən gedir, dövlətə və ölkə başçısına qarşı süni narazılıqlar yaradılır, qanunsuzluq meydan sulayır, fəqət Ramiz Mehdiyevdən səs çıxmır, reaksiya gəlmir. Di gəl ki, orfoqrafiya lüğətində “hörümçək” sözünün mexaniki səhvliklə düşməsini iclasın gündəliyinə salır.

Yaxud dövlətin akademiyaya ayırdığı milyonlarla, yüz minlərlə vəsait göyə sovrulur, plagiat və saxta əsərlərin çap edilib gözə kül üfürülməsi stimullaşdırılır, akademşəbəkənin sadiq üzvləri mükafatlandırılır, qanunsuzluq adi hal alır, dövlət maraqları şəbəkə və qrup maraqlarına qurban verilir. Akademiya rəhbəri bütün institutlardakı qanunsuzluqlar haqqında məlumatlı olub susduğu halda, yeni çıxmış orfoqrafiyadakı “hörümçəyə” dəyirmi masa həsr edir, bunu az qala qlobal fəlakət kimi nümayiş etdirir. Lüzumsuz məsələni iclasın gündəliyinə salıb elmin bəbəyinə çöp soxur. Qeyzə gələn akademik deyir ki, orfoqrafiya lüğətinin nəşrinə məsul şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi onu qane etmir: “Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti “taleyüklü” problemin üzərinə gedir”.

Professor İdris Abbasov bildirib ki, akademik seçdirib vəzifələndirdiyi və müşavir etdiyi, şəbəkə maraqlarına sədaqəti ilə digərlərindən fərqlənməyən Möhsün Nağısoylu baş akademikin bir növ “üzünə ağ olur”.

O deyir ki, “hörümçək” sözünün lüğətdən çıxarılmasının səbəbini Ramiz Mehdiyevə izah etməyə hazırdır:

“Əlimdə bir neçə mühüm əsas var” deyən Nağısoylu akademşəbəkənin ömür boyu belə mənasız işlərlə məşğul olub dövlətin milyonlarını havaya sovurduqlarını bir daha təsdiq edir.

Baş akademik ziddiyyətli açıqlamalar verir. Onun sözü ilə əməli düz gəlmir:

“Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən (Yaqub Mahmudovdan – İ.A.) miras qalmış mənasız intriqaların nəticəsidir” – söyləyən R.Mehdiyev, onun təbirincə desək, həmin “qeyri-sağlam iş mühiti”nin müəllifini və “intriqant”ı özünə müşavir təyin edir. Pislədiyi Yaqub Mahmudov indi də onun müşaviridir”.

İ.Abbasov Ramiz Mehdiyevin Tarix İnstitutunun direktorunu qətiyyətsizlikdə və iradəsizlikdə ittiham etdiyini bildirib:

“Mənəvi-psixoloji təzyiqə və haqsızlığa dözməyən institut direktoru Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumdan istefa vermək qərarına gəlir. Bu arada AMEA-nın vitse-prezidenti, direktor, deputat, akademik və s. kimi dürlü-dürlü vəzifələrin belindən düşmək bilməyən İsa Həbibbəylinin “ağsaqqallıq” etməsi üçün əlverişli şərait yaranır.

Böyük coşqu və intəhasız həvəslə prosesə qoşulan “sülh göyərçini” İsa Həbibbəyli bismillahını sosial şəbəkələri və xəbər saytlarını suçlamaqla başlayır. Nə etsin? Adam həqiqətə “yalan” deməyə vərdiş edib. Dərhal “ağsaqqallaşıb müdrikləşən” İsa Həbibbəyli konkret sabah Tarix İnstitutunun direktoru Kərim Şükürovla görüşüb məsələyə aydınlıq gətirəcəyini bildirir və deyir:

“Məsələlər bu şəkildə davam edə bilməz”. Bəli, məsələlər məhz İsa Həbibbəylinin istədiyi şəkildə davam etməlidir! (Buyruq sizinkidir, adil hökmdar, sizdə ədalət də, fəzilət də var!”)”

Alim vurğulayıb ki, artıq Elmlər Akademiyası Mehdiyevlə vidalaşmaq haqqında düşünməlidir:

“Əks təqdirdə, bunun ağır fəsadları olacaq. Ciddi islahatlar getməli, akademiyanı cənginə almış özbaşınalığa, məsuliyyətsizliyə, “pokazuxalığa” son qoyulmalı, elm adına mənimsənilən yüz minlərin, milyonların, yeyilən 10 milyonlarla qrantların, zərərli fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində dövlətin elm potensialına vurulan ziyanın həcmi müəyyən edilməlidir. Riyakar məddahların, yaltaq və alçaqların, xüsusən, xəyanətkarların statistikası aparılmalıdır. Nəhayət, rüşvətə, alıb-aldatmağa, fırıldağa, dövlət əmlakını mənimsəməyə son qoyulmalı, talançı alim-akademik şəbəkəsinin üzvlərindən, heç olmasa, bir neçəsi cəzalandırılmalıdır”.

DAHA ÇOX OXU

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır
export

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

26/05/2022
BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)
export

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

26/05/2022
Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”
1-MANŞET

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

26/05/2022
Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO
export

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

26/05/2022
“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”
1-MANŞET

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

26/05/2022
Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA
Cəmiyyət

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

26/05/2022
SON XƏBƏR
Qaz xəttinə qanunsuz qoşulanların NƏZƏRİNƏ

Qaz xəttinə qanunsuz qoşulanların NƏZƏRİNƏ

Azərbaycanda 34 yaşlı müəllim intihar etdi

Azərbaycanda 34 yaşlı müəllim intihar etdi

Azərbaycanda general-leytenant VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI SON DƏQİQƏ

Azərbaycanda general-leytenant VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI SON DƏQİQƏ

Xəbər lenti

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022/05/26 13:14

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

2022/05/26 13:14

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

2022/05/26 13:09

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.