Çərşənbə axşamı, 16 Aprel 2024

Azərbaycanda “Qırmızı kitab”a düşən quş ovlayan ərəbləri çəkən şəxslərə hücum oldu – VİDEO

Tovuzda Ceyrançöldə körfəz ölkələrindən gələn turistlərin ov düşərgəsini lentə alan ekoloji fəallara hücum olub.

BAKU.WS xəbər verir ki, bu barədə fəallar sosial şəbəkədəki səhifələrində paylaşım ediblər.

Aktivistlər qeyd ediblər ki, turistlər əraziyə “Qırmızı kitab”a salınmış bəzgək quşlarını ovlamaq üçün gəliblər.

Onları lentə almaq istəyərkən ərazidəki şəxslər aktivistlərə hücum ediblər.

Məsələ ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova BAKU.WS-ə bildirib ki, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib: “Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək”.

DAHA ÇOX OXU

Xəbər lenti