Ukraynalı məşhur futbolçu Oleq Dançenko Yunanıstanın AEK klubundan vətəninə dönüb.
Medianews.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Zorya” klubuna icarəyə verilib.
Futbolçu yeni klubu ilə müqavilə imzaladıqdan sonra həyatının şokunu yaşayıb.
Belə ki, gənc futbolçunun həyat yoldaşı Viktoriya Dançenkonun Odessa yaxınlığında avtomobil qəzasına düşərək həlak olub. Onun maşını qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Qadının idarə etdiyi avtomobili yararsız hala düşüb və özü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Oleq-Viktorya cütlüyü 24 iyul 2020-ci ildə evlənmişdi.
Turan Oruc
Medianews.az