İstanbulda dəhşətli hadisə baş verib.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaşlı iş adamı 31 mərtəbəli plazanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.

İntiharın səbəbi haqqında hələlik açıqlama verilməsə də, iş adamının cansız bədəni müayinədən sonra morqa aparılıb.

Dəhşətli hadisə İstanbulun Sarıyer bölgəsində baş verib. 40 yaşı olan iş adamının evli olduğu açıqlanıb. Hadisədən sonra S.E-nin yaxınları hadisə yerində pisləşib. Polis intiharın səbəblərini araşdırır.

Turan Oruc
Medianews.az