Məşhur model Meqan Foks nişanlanıb.

BAKU.WS xəbər verir ki, o, uzun müddətdir sevgili olduğu Maşin Kelli ilə evlilik yolunda ilk addım atıb. Bu haqda Meqan instaqram hesabında bildirib.

Maşin modelin qarşısında diz çökərək ona evlilik təklifi edib. Foks bu təklifi birlikdə getdikləri Puerto Riko tətilində aldığını bildirib.

Qeyd edək ki, Meqanla nişanlısı filmin çəkilişində tanış olublar.