Misirdə Aya Yusif adlı müəllimə oriental oynadığı üçün işdən çıxarılıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun rəqsi işgüzar görüşlərin birində gizli çəkilərək sosial şəbəkələrdə paylaşılıb və gündəm olub.

Müəllimənin rəqsi ölkənin mənəvi-əxlaqi dəyərləriniə zidd olduğundan işdən çıxarılıb.

Bundan sonra qadını həyat yoldaşı da boşayıb.

Sosial şəbəkələrdə isə həm qadına dəstək veriblər, həm də onu qınayıblar.